Dişlər üçün ən təhlükəli qidalar AÇIQLANIB
14 fevral 2023 09:40 (UTC +04:00)

Dişlər üçün ən təhlükəli qidalar AÇIQLANIB

Dişlərə ən çox zərər verən şirniyyatlar, ağ şərablar və qazlı içkilərdir.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə stomatoloq-terapevti Roman Korolev məlumat verib.

“Şəkər dişlər üçün bir nömrəli təhlükədir. Şirniyyatlar ən çox diş minasının zədələnməsinə və çürüklərin yaranmasına səbəb olur. Bundan əlavə, ağız boşluğundakı bakteriyalar şəkəri turşuya çevirir ki, bu da dişlərin strukturunun pozulmasına səbəb olur”, - deyə ekspert izah edib.

Onun sözlərinə görə, həkimlər arasında ən çox stomatoloqlar şokolad, şəkərli qazlı içkilərin istehlakını azaltmağı, çay və ya qəhvəyə daha az şəkər əlavə etməyi həmişə tövsiyə edir. Bu məhsullardan imtina etmək mümkün deyilsə, yeməkdən sonra ağzınızı yaxalamağa və ya diş ipindən istifadə etməyə dəyər. Daimi fırçalama dişlərinizi şəkər zərərindən qorumağa da kömək edəcək.

"Əgər siz qırmızı şərab içməyi planlaşdırırsınızsa, dişlərinizi əvvəlcədən fırçalayın ki, şəkər mina üzərinə yapışmasın" deyə diş həkimi tövsiyə edib.

O qeyd edib ki, dişlər üçün ikinci zərərli məhsul ağ şərabdır:

“Bu içki dişlərdə mikro çatların yaranmasına səbəb ola bilər. İş ondadır ki, şərabda diş minasının temperaturun dəyişməsinə həssaslığını artıran turşular var”, - Roman Korolev bildirib.

Bütün turşulu qidalar və içkilər də diş üçün təhlükəlidir. Onları çox miqdarda istifadə etsəniz, eroziya - diş toxumalarının aşınması ilə qarşılaşa bilərsiniz.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1584
avatar

Fidan İlqar

Oxşar yazılar

Pəncərəni açıb yatmaq  bədənə necə təsir edir?

Pəncərəni açıb yatmaq bədənə necə təsir edir?

27 iyul 2024 , 17:40
Bu giləmeyvə insanı xərçəngdən  qoruyur

Bu giləmeyvə insanı xərçəngdən qoruyur

27 iyul 2024 , 11:17
Hansı tərəvəzləri çiy yemək  olmaz?

Hansı tərəvəzləri çiy yemək olmaz?

26 iyul 2024 , 19:33
Üzməyə getməmişdən əvvəl bu qidalardan uzaq durun, yoxsa...

Üzməyə getməmişdən əvvəl bu qidalardan uzaq durun, yoxsa...

26 iyul 2024 , 18:54
Diş fırçasını  nə vaxt dəyişmək lazımdır?

Diş fırçasını nə vaxt dəyişmək lazımdır?

26 iyul 2024 , 17:23
Orqanizm üçün ən sağlam  meyvə şirəsi

Orqanizm üçün ən sağlam meyvə şirəsi

26 iyul 2024 , 15:39
DİQQƏT!  Qəhvəni bu saatlarda içməyin

DİQQƏT! Qəhvəni bu saatlarda içməyin

26 iyul 2024 , 11:06
Virusun yoluxucu olub-olmadığı  belə müəyyən ediləcək

Virusun yoluxucu olub-olmadığı belə müəyyən ediləcək

26 iyul 2024 , 10:14