Dializ xəstəsi olan qadın övlad sahibi ola bilərmi? - CAVAB
17 fevral 2023 15:10 (UTC +04:00)

Dializ xəstəsi olan qadın övlad sahibi ola bilərmi? - CAVAB

Lent.az-ın “Bir sual, bir cavab” rubrikasının bugünki mövzusu dializ xəstələrinin övlad sahibi ola bilmələri ilə bağlıdır.

Dializ xəstələri övlad sahibi ola bilərmi?

Məsələ ilə bağlı Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, nefroloq Elnur Fərəcov açıqlama verib. 

Onun sözlərinə görə, dializ qəbul edən xanımların hamilə qalma ehtimalı çox aşağıdır və olduğu halda isə ciddi fəsədlaşma ehtimalı da çox yüksəkdir:

"Sağlam övlad sahibi olmaq yalnız böyrək transplantasiyadan sonra mümkün olur. Transplantasiya olunan xanımlarda hamilə qalmaq və ana olmaq şansları böyrək xəstəliyi olmayan xanımlar ilə demək olar ki, eynidir. Böyrək transplantasiya əməliyyatından bir il gözləmə müddətindən sonra qəbul olunan preparatlarda dəyişiklər olunur və hamiləlik planlanlaşdırılır. Sevindirici hal ondan ibarətdir ki, artıq bizim ölkədə böyrək və qaraciyər transplantasiyadan sonra iki və hətta üç uşaq dünyada gətirən xanımlar var".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2538
avatar

Fidan İlqar

Oxşar yazılar