Çox yatmaqla mübarizə aparan kofein tərkibli İÇKİ
24 may 2023 09:23 (UTC +04:00)

Çox yatmaqla mübarizə aparan kofein tərkibli İÇKİ

Alimlər yuxululuğa qarşı mübarizədə kofeinin təsirli əvəzedicisini açıqlayıblar.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, McMaster Universitetinin bir qrup tədqiqatçısı bir neçə aktiv maddənin sınaqlarının meta-analizi aparıb və müəyyən edib ki, solriamfetol gündüz yuxululuğunu ən tez aradan qaldıran qidadır.

Meta-analizə solriamfetol, armodafinil-modafinil və pitolizantın 14 tədqiqatı daxildir. Hər üç dərman əvvəllər plasebo ilə müqayisədə effektivliyini göstərib.

Kanadalı alimlərin fikrincə, solriamfetol üçlük arasında ən təsirli olub. Alimlər öz tapıntılarının əhəmiyyətini onunla əsaslandırırlar ki, Şimali Amerika əhalisinin 15-30 faizi nədənsə gündüz yuxululuğu və ya xroniki yorğunluqdan əziyyət çəkir. Xüsusən də bu əlamətlər uzun sürən covidli insanlarda tez-tez müşahidə olunur.

Həmçinin, artıq çəki sahibləri gün ərzində yuxuya getmək istəyindən şikayətlənirlər. Bu zəncirdə səbəb və təsirin nə olduğu hələ aydın deyil. Belə ki, bu yaxınlarda beynəlxalq bir qrup alim müəyyən edib ki, artıq çəkiyə səbəb olan gündüz yuxusudur, əksinə, piylənmə yuxululuğa səbəb olur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1467
avatar

Fidan İlqar

Oxşar yazılar