Bu şəxslərə armud yemək olmaz
01 oktyabr 2022 09:05 (UTC +04:00)

Bu şəxslərə armud yemək olmaz

Hazırda meyvələrdən armudun sezonu olsa da, bu meyvə hər adama məsləhət görülmür.

Lent.az xəbər verir ki, dietoloqların fikrincə, armud lif mənbəyi olub həzm sisteminə fayda verir. Ancaq bu meyvəni mədəaltı vəzində problem olanlar yeməməlidir. Mütəxəssislərin sözlərinə görə, armudu xüsusən yetişməmiş yemək daha çox ziyanlıdır.

Armud həmçinin qəbzlik yaradır. Qastrit, mədə xorası, disbakterioz, Kron və s. mədə bağırsaq yaraları olanlara da məsləhət deyil.

Armudun həddən çox lifli olması isə peristaltikanı artıraraq bağırsaq mukozasını qıcıqlandırır. Daha çox yedikdə qaz yaradır. Mədə-bağırsaq xəstəlikləri olmayan şəxslərə isə armud çox faydalıdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6741
avatar

Oxşar yazılar