Bu qan qrupundan olanların şəkər xəstəliyi riski ÇOXDUR
13 may 2023 09:09 (UTC +04:00)

Bu qan qrupundan olanların şəkər xəstəliyi riski ÇOXDUR

Hansı qan qrupunun şəkər xəstəliyinə tutulma riskini artırdığı məlum olub.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, 2-ci tip diabetin inkişaf ehtimalı artıq çəki və oturaq həyat tərzi kimi bir çox risk faktorlarından, həmçinin qidalanma və irsiyyətdən asılıdır.

Ancaq mütəxəssislərin müəyyən etdiyi kimi, bu xəstəliyin inkişaf ehtimalını artıran qan qrupları da var. Tədqiqat nəticəsində məlum olub ki, birinci qan qrupu istisna olmaqla, hamısında diabet inkişaf riski daha yüksəkdir.

Tədqiqatın müəllifləri sübut ediblər ki, bir insanda hər hansı bir qan qrupu varsa, birincisi istisna olmaqla, 2-ci tip diabetin inkişaf riski daha yüksəkdir.

Bu nəticələr 80.000-dən çox qadının iştirak etdiyi araşdırmadan çıxarılıb. Onlardan 3553-nə sonradan 2-ci tip diabet diaqnozu qoyulub və 1-ci tip istisna olmaqla, bütün qan qrupları olan qadınlarda daha tez-tez rast gəlinib.

Ən yüksək risk üçüncü qan qrupu sahiblərindədir - bu, birinci qan qrupu olanlarla müqayisədə eyni riskdən 21 faiz yüksəkdir. 2-ci qan qrupu olan qadınlarda 2-ci tip diabet inkişaf riski 10 faiz daha çoxdur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2693

Oxşar yazılar