Köln Universitetində aparılan bir araşdırmada böyrək çatışmazlığının potensial müalicəsində ketogenik pəhrizin perspektivli nəticələr əldə edilib.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, bu tip pəhrizdə karbohidratlar az və yağlar çoxdur.
Tədqiqatda 66 xəstə iştirak edib və onlar üç qrupa bölünüb. Belə ki, bir qrup insan ketogenik pəhriz, bir qrupu aralıq su orucu və digər nəzarət qrupu standart pəhrizlə qidalanıblar.
Tədqiqat, ketogenik pəhriz və su orucu qruplarında iştirak edənlərin əksəriyyətinin bu pəhrizlərin effektivliyini və davamlılığını müəyyən edib. Pəhrizlərin effektivliyi qanda ketonların səviyyəsinin ölçülməsi ilə təsdiqlənib. Aşağı karbohidratlı, yüksək yağlı ketogenik pəhriz, gözlənilməz yan təsirlərə səbəb olmadan üç ay ərzində böyrək funksiyalarında və digər əsas sağlamlıq göstəricilərində müsbət dəyişikliklər yaradıb.
Professor Müller nəticələri təsdiqləmək və bu pəhrizin uzunmüddətli təsirini və təhlükəsizliyini öyrənmək üçün müxtəlif platformalarda daha geniş araşdırmalara ehtiyac olduğunu vurğulayıb. Bu tədqiqat NPKD və bəlkə də digər xəstəliklərin müalicəsi üçün pəhriz strategiyalarının inkişafı üçün yeni perspektivlər açır, xəstəliklərin idarə olunmasında pəhrizin əhəmiyyətini göstərir.