Bu kofelər sizi kökəldə bilər - SƏBƏB
22 aprel 2023 13:26 (UTC +04:00)

Bu kofelər sizi kökəldə bilər - SƏBƏB

Qəhvənin özündə praktiki olaraq heç bir kalori yoxdur, lakin şəkər, qaymaq və şərbətlə birlikdə istehlak edildikdə insan tez kökələ bilər.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə dietoloq Anastasiya Efimova xəbərdarlıq edib.

İçkiyə şərbətlər və ya tam yağlı süd əlavə edilərsə, o zaman qəhvə əsl desertə çevrilir. O deyib ki, şərbətli latte təxminən 200 kalori ehtiva edir. Gündə iki və ya üç porsiya gündəlik kalori qəbulunu əhəmiyyətli dərəcədə artıra bilər. Həkim bu vəziyyətdə şəkərsiz və ya minimum miqdarda qəhvə içməyi və içkiyə daha az yağlı süd əlavə etməyi məsləhət görüb.

"Çəki artımına səbəb olan xüsusi bir qida deyil, istənilən qidadan lazım olduğundan daha çox kalori istehlakıdır: istər yağlar, zülallar və ya karbohidratlar olsun", - Yefimova qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2154
avatar

Fidan İlqar

Oxşar yazılar