Bronxial astmada kimlər risk qrupuna daxildir? - CAVAB
02 may 2023 11:13 (UTC +04:00)

Bronxial astmada kimlər risk qrupuna daxildir? - CAVAB

Lent.az-ın “Bir sual, bir cavab” rubrikasının bu günə olan mövzusu bronxial astma ilə bağlıdır.

Astma hava yollarının xarici faktorlara qarşı həssaslığının artması və tənəffüs yollarının pozulması ilə müşahidə olunan xroniki bir xəstəlikdir. Bronxial astmanın forması və ağırlıq dərəcəsindən asılı olaraq xəstəliyin simptomları fərqlənə bilər.

Maraqlıdır, bronxial astmada kimlər risk qrupuna daxildir?

Lent.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, terapevt Günay İsmayılova danışıb. 

"Risk qrupuna daha çox genetik olaraq allergiyaya meyilli olan insanlar aiddir. Həmçinin, allergik rinit, atopik dermatit kimi xəstəliyi olanlar, ailə anamnezində allergiya və astma xəstəliyi olanlar, peşə fəalliyətinə bağlı olaraq daimi kimyəvi toz, kimyəvi maddələrə məruz qalanlar, tez-tez yuxarı tənəffüs yolu infeksiyası keçirənlər aiddir" - deyə terapevt bildirib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1923
avatar

Fidan İlqar

Oxşar yazılar