Brokoli nədir, necə istehlak edilməlidir?
24 mart 2023 15:13 (UTC +04:00)

Brokoli nədir, necə istehlak edilməlidir?

Brokoli insan sağlamlığı üçün ən faydalı tərəvəzlərdən biridir. Bişirərkən buraxdığı qoxuya görə bir çox insan istehlak etməkdən çəkinir. Kiçik ağaca bənzəyən brokoli elmi araşdırmalar nəticəsində super qidalar siyahısına daxil olub. Qidalanma dəyəri baxımından çox zəngin qış tərəvəzi olan brokoli aşağı kalorili olduğu üçün pəhriz süfrələrinin vazkeçilməzləri arasındadır. Tərkibində çoxlu vitaminlər, minerallar, lif və antioksidanlar var. Gündə 1 kasa buxarda hazırlanmış və ya qaynadılmış brokoli istehlakının bir çox xəstəliklərə qarşı olduğu, həmçinin damarlardakı gərginliyi azaldıb toksinlərin atılmasına töhfə verdiyi müşahidə edilib.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, brokoli bişirilərək və ya çiy istehlak edilə bilər. 

Siz qaynadıb, buxarda, və ya sobada dadlı brokoli bişirə bilərsiniz. Brokolinin çiçəklənən hissələri kimi, gövdələri də çox qidalıdır. Sapların lifli üst qatlarını soyub salatlarınıza əlavə edə bilərsiniz. Brokoli həmçinin vegetarianlar üçün dadlı qidadır.

Brokoli tərəvəzini istehlak etməzdən əvvəl yuya bilərsiniz. Brokolini az miqdarda sirkə əlavə edilmiş suda təxminən 10 dəqiqə saxlayın. Daha sonra o təmiz su ilə yaxşıca yuyulmalıdır.

Brokolinin faydaları nələrdir? 

Bu tərəvəz vitamin və minerallar anbarıdır. Antioksidantların mənbəyidir. Xərçəngə qarşı qoruyucudur. Qan şəkərini tənzimləyir. Ürək sağlamlığını qoruyur. Həzm sistemini gücləndirir. Beyin və sinir sistemini dəstəkləyir. Yaşlanmağı gecikdirir. O həmçinin ağız və diş sağlamlığına da müsbət təsir edir. Günəşin zərərli şüalarından qoruyur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3216
avatar

Fidan İlqar

Oxşar yazılar