Bir qutu siqaret ömrü 7 saat azaldır - YENİ ARAŞDIRMA
30 dekabr 2024 11:50 (UTC +04:00)

Bir qutu siqaret ömrü 7 saat azaldır - YENİ ARAŞDIRMA

Bir qutu insanın ömrünün təxminən yeddi saatını ala bilər.

Lent.az xəbər verir ki, bu barədə “The Guardian” London Universitet Kollecinin araşdırmasına istinadən yazır.

Təhlillərə görə, gündə 10 siqaret çəkən şəxs yanvarın 1-də siqareti buraxarsa, yanvarın 8-dək bütün bir gün həyatını itirməyin qarşısını ala bilər. Fevralın 5-dən əvvəl siqareti buraxarsa, ömrünü bir həftə, avqustun 5-dən əvvəl buraxarsa, tam bir ay uzada bilər. Qiymətləndirməyə görə, ilin sonuna qədər o, 50 günlük həyatını itirməkdən qaça bilər.

Doktor Sarah Cekson bildirib ki, siqaret ilk növbədə orta yaşda nisbətən sağlam illəri "məhv" edir və bu, sağlamlığın pisləşməsini sürətləndirir:

"Bu o deməkdir ki, 60 yaşında siqaretə başlayan 70 yaşlı siqaret çəkməyən bir insanın sağlamlıq profilinə sahib olacaq".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1503
avatar

Oxşar yazılar