Baş ağrısı haqqında 5 gözlənilməz  FAKT
10 iyul 2025 12:53 (UTC +04:00)

Baş ağrısı haqqında 5 gözlənilməz FAKT

Həkimlər baş ağrısının yaranmasının gözlənilməz səbəblərini açıqlayıblar. Baş ağrısı dünyada ən çox rast gəlinən narahatlıqlardan biridir. Lakin həkimlər bildirirlər ki, bu problemlə mütəmadi qarşılaşanları belə təəccübləndirə biləcək az tanınan xüsusiyyətlər mövcuddur.

Lent.az bu 5 səbəb təqdim edir:

1. Baş ağrısının müxtəlif növləri var

Bütün baş ağrıları eyni deyil. Mütəxəssislər üç əsas növü ayırd edirlər: miqren, sıxıcı (gərginlik) və klaster (histamin tipli) ağrılar. Ən çox rast gəlinən növ sıxıcı ağrılardır.

Miqren adətən başın bir tərəfində hiss olunan zonklayıcı ağrı ilə xarakterizə olunur. Klaster ağrılar da başın bir tərəfində, əsasən üz və göz ətrafında kəskin və deşici ağrı ilə müşahidə olunur.

2. Bəzi baş ağrıları səbəbsiz yaranır

Klaster tipli ağrılar qəfil ortaya çıxaraq uzun müddət ərzində yoxa çıxa bilər. Belə ağrılar heç bir aydın səbəb olmadan qayıdır və uzun fasilələrlə təkrarlana bilər.

3. Hava şəraiti baş ağrısına səbəb ola bilər

Amerikalı alimlərin araşdırmalarına görə, ildırımlar və onları müşayiət edən elektromaqnit dalğaları beyində kimyəvi dəyişikliklərə səbəb ola bilər. Bu da həssas insanlarda miqren tutmasına yol aça bilər.

4. Baş ağrısı başqa xəstəliklərlə bağlı ola bilər

Tez-tez baş ağrısı yaşayan insanlar insult və ürək-damar xəstəlikləri riski daşıyırlar. Bu xüsusilə siqaret çəkənlərə və oral kontraseptiv qəbul edən qadınlara aiddir. Bu fakt təkrarlanan ağrılara ciddi yanaşmağın vacibliyini göstərir.

5. Plasebo effekti həqiqətən işləyir

Aparılan tədqiqatlar göstərib ki, baş ağrısı yaşayan iştirakçıların 40 faizində aktiv maddə olmayan tableti qəbul etdikdən sonra yaxşılaşma müşahidə olunub. Bu isə müalicə prosesində psixoloji yanaşmanın böyük rol oynadığını sübut edir.

Həkimlər vurğulayırlar ki, əgər baş ağrıları mütəmadi və ya şiddətlidirsə, mütləq həkimə müraciət olunmalıdır.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1402

Oxşar yazılar