Balıqdan bu xəstəliklərə tutula bilərsiniz -  SİYAHI
08 iyul 2021 16:06 (UTC +04:00)

Balıqdan bu xəstəliklərə tutula bilərsiniz - SİYAHI

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu balıqlardan insanlara yoluxan parazitar zoonoz xəstəliklər barədə məlumat yayıb.

Qurumdan Lent.az-a verilən məlumata görə, çiy və müvafiq termiki təsirdən keçməmiş balıq məhsullarının istehlakı ilə insanlara yoluxan biohelmintozlar intoksikasiya, dispepsiya, allergiya, hematoloji problemlər və digər patologiyalarla nəticələnir:

Anizakidoz - zoonoz nematodoz olub, Ankisakis cinsli helmintlər tərəfindən törədilən xəstəlikdir. Anizakis sürfələri -18° C temperaturda 14 gün, -20° C-də 4-5 gün, -30° C-də isə 10 dəqiqə müddətində məhv olur.

Opistorxoz - zoonoz trematodoz olub, yastı, lansetvari Opisthorchis felineus və Opisthorchis viverrini helmintləri tərəfindən törədilir. Opisthorchiasis sürfələri -40° temperaturda 7 saat, -35° C-də 14 saat və -28° C-də 32 saat ərzində məhv olur.

Difillobotrioz – zoonoz sestodoz olub, lentvari Diphyllibothrium latum, Diphyllibothrium dendriticum və Diphyllibothrium klebanovskii helmintləri tərəfindən törədilir. Parazit sürfələri – pleroserkoidlər balıqların orqanizmində dərialtı toxuma və daxili orqanlarda məskunlaşır".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2316
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar