Azərbaycanda neçə vərəm xəstəsi var? -  CAVAB
27 mart 2023 14:33 (UTC +04:00)

Azərbaycanda neçə vərəm xəstəsi var? - CAVAB

Lent.az-ın “Bir sual, bir cavab” rubrikasında bu günə olan mövzusu vərəm xəstəliyi ilə bağlıdır.

Vərəm yoluxucu xəstəlikdir. Xəstəliyin əsas yoluxma mənbəyi - Vərəm Mikobakteriyası (Mycobacterium Tuberculosis) ifraz edən ağciyər vərəmi olan xəstələrdir. Bu xəstələrin öskürməsi və asqırması nəticəsində (hava-damcı yolu) və yaxud onların bəlğəmi ilə çirklənmiş torpaqdan hava-toz yolu ilə yoluxma daha çox müşahidə edilir.

Maraqlıdır, hazırda ölkəmizdə neçə nəfər vərəm xəstəsi var?

Lent.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru İradə Axundova danışıb. 

O deyib ki, statistik məlumatlara görə, 2022-ci ildə Azərbaycanda 2877 xəstə ömründə ilk dəfə olaraq vərəm xəstəliyinə yoluxub:

"Xəstələnmə göstəricisi - 100 000 respublika əhalisinə - 28,4 təşkil edib. Təkrar (residiv, uğursuz müalicədən sonra, müalicəsini dayandırılması ilə əlaqədar, nəzarətdən yayılan və digər xəstələr) - 2292-dir. Yalnız residivi olan bu rəqəmdən (yəni, sağalandan sonra vərəm ilə yenidən yoluxan xəstə) - 1112 təşkil edib. Cəmi 2022-ci ildə 5169 xəstə rəsmi qeydiyyatdadır. Vərəm Mikobateriyasının həssaslığı qorunmuş xəstələrin sayı - 1301 ilkin xəstələr arasında, 1494- təkrar xəstələr arasındadır. Bu rəqəmlər Respublika Gigiyena və Epidemiologiya Mərkəzi ilə müəyyənləşdirilib".

# 2259
avatar

Fidan İlqar

Oxşar yazılar