Azərbaycanda koronavirusdan  ölənlərin sayı   - SON STATİSTİKA
18 aprel 2023 11:53 (UTC +04:00)

Azərbaycanda koronavirusdan ölənlərin sayı - SON STATİSTİKA

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 62 yeni yoluxma faktı qeydə alınıb, 55 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Lent.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 3 nəfəri vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 830 918 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 820 216 nəfər müalicə olunaraq sağalıb, 10 217 nəfər vəfat edib, aktiv xəstə sayı 485 nəfərdir.

Ölkədə son sutka ərzində 1 321, hazırkı dövrədək isə 7 578 265 test aparılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1467

Oxşar yazılar