Azərbaycanda 44 yaşlı qadın üçəm dünyaya gətirdi
25 yanvar 2023 17:40 (UTC +04:00)

Azərbaycanda 44 yaşlı qadın üçəm dünyaya gətirdi

Abşeronda üçəmlər dünyaya gəlib.

Lent.az xəbər verir ki, rayon sakini olan 44 yaşlı qadın hamiləliyin 31-32 həftəliyində Sumqayıt Tibb Mərkəzinin tabeliyində olan Perinatal Mərkəzinə daxil olub. Qadın 13 il sonsuzluq yaşayıb və erkən doğuş qorxusu yaranıb.

Qadın 33-34-cü həftəsində cərrhai yolla 2 qız və 1 oğlan dünyaya gətirib. Körpələrin çəkisi 1300, 1700, 1900 qram olub.

# 2442
avatar

Oxşar yazılar