Axşam saatlarında gec yeməyin təhlükələri  var?
27 aprel 2023 16:30 (UTC +04:00)

Axşam saatlarında gec yeməyin təhlükələri var?

Alimlər axşam yeməyinin gec saatlarda istehlak edilməsinin təhlükəsi olmadığını bildiriblər. 

Lent.az “DailyMail” xəbər verir ki, elm adamları bu barədə yaranan mifləri təkzib edib. 

Təbii ki, gec yeməyin mənfi nəticələri var. Məsələn, çəki artımı, yuxusuzluq, sürətlənmiş qocalma və digər fəsadlar. Amma bunun tamamilə doğru olmadığı məlum olub. 

“Axşam yeməyini 21:30-da bitirə bilərsiniz. Əsas odur ki, səhər yeməyi gec yeyilsin. Səhər yeməyini bitirməyin ideal vaxtı saat 11:30-dur. Bu, çoxsaylı araşdırmalara görə maddələr mübadiləsi baxımından faydalı olan 14 saatlıq aclıq müddətinə tab gətirmək üçün lazımdır”, - deyə alimlər qeyd ediblər.

Aparılan tədqiqat zamanı mütəxəssislər 80 min britaniyalı haqqında məlumatları təhlil ediblər. Sınaq zamanı yemək vərdişləri, vaxtları və sağlamlıqları haqqında informasiyalar nəzərə alınıb.

Məsələn, iştirakçılar axşam yeməyini gec yedikdə və 14 saatlıq aclıq nəticəsində daha enerjili olduqlarını bildiriblər.

Alimlər həmçinin gec qidalanma ilə müxtəlif xəstəliklər arasında əlaqə tapmayıblar. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1926
avatar

Sevinc Fərid

Oxşar yazılar