Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, dünyada 339 milyon insan astma xəstəliyindən əziyyət çəkir və hər il dünyada 400.000-dən çox astma ilə bağlı ölüm baş verir.
Lent.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, sinə xəstəlikləri mütəxəssisi Ali Metin Görgüner bildirir ki, astmaya səbəb olan faktorların daha yaxşı anlaşılması və xəstəlikdə rol oynayan faktorların azaldılmasına yönəlmiş müalicələr var.
Onun sözlərinə görə, bununla belə, ölüm nisbətləri hələ də artmaqdadır:
“Xəstələrin həyat tərzini dəyişməsi çox vacibdir. Astmadan qaynaqlanan ölümlərin 82%-i idarə oluna bilən şərtlərdən qaynaqlanır. Dünyanın heç bir yerində astmanı tamamilə aradan qaldıracaq dərman müalicəsi yoxdur. Məqsəd xəstəliyin əlamətlərini nəzarət altına almaq və xəstənin həyatını davam etdirməkdir. Uyğun dərman müalicəsi qarşısı alına bilən risk faktorları arasındadır. İnsanlarda astma həssaslığını artıran fərdi və ətraf mühit risk faktorları var. Xəstəliyin yaranmasında ən təsirli risk faktorları arasında genetik faktorlar ön plandadır. Valideynlərdən birində astma varsa, uşaqda astma olma ehtimalı 25%, hər ikisində də astma varsa, bu nisbət 50%-ə yüksəlir”.