Qadını ilk görüşdə fəth edən 4 nadir kişi keyfiyyəti
12 may 2025 16:47 (UTC +04:00)

Qadını ilk görüşdə fəth edən 4 nadir kişi keyfiyyəti

Bu xarakter xüsusiyyətləri qadınları yalnız cəlb etmir, həm də dərin və davamlı cazibə yaradır. Onlar kişini qadın üçün dayanılmaz edən gizli sirrlərdir. Cəmiyyət kişilərdən həm münasibətlərdə diqqətli olmağı, həm də eyni zamanda ambisiyalı, qətiyyətli və cazibədar olmağı gözləyirik.

Lent.az xarici mediaya istinadla bildirir ki, ilk görüşdə qadınları valeh edən xüsusiyyətlər bəzən düşündüyünüzdən fərqli və nadir ola bilər:

1. Özünə inam

Özünə güvənmək görüşlərdə həlledici rol oynayır. Qadınlar özündən əmin olan kişiləri cəlbedici hesab edir. Çox zaman narahat, ümidsiz və qeyri-müəyyən davranışlar cazibəni zəiflədir.

2017-ci il araşdırması göstərir ki....

"Yüksək özünəqiymət münasibətlərin başlanğıcını, aşağı özünəqiymət isə ayrılığı proqnozlaşdırır. Özünə inam münasibətlərdəki dəyişikliklərə təsir edir və bu dəyişikliklər öz növbəsində insanın gələcək özünə baxışına təsir edir."

2. Psixoloji dayanıqlılıq və uğursuzluğa dözümlülük

Rədd olunmaq və ya ayrılıq yaşamaq insanı sarsıda bilər. Lakin qadınlar emosiyalarını idarə edən və dinc durmağı bacaran kişiləri daha cəlbedici hesab edir. Ona marağınızı göstərin, amma onu təqib etməyin. Cəhd edin, amma özünüzü itirməyin. Bu tərəddüdsüz təmkin, qadında sizə qarşı hörmət və maraq yarada bilər.

3. Sirrli olmaq

Təbii cazibəniz yoxdursa belə, cəlbedici davranmağı öyrənmək mümkündür. 2010-cu il tədqiqatına əsasən, qadınlarda qeyri-müəyyənlik hissi, marağı və düşüncələri artırır və bu da cazibəni gücləndirir.

Bu nə deməkdir?

Cəlbedici bədən dili

Zərif geyim tərzi və düzgün davranış

Dürüst və axıcı danışıq

Etibarlı olmaq, amma eyni zamanda bir az sirr saxlamaq

Bu sadə qaydalar ilk görüşdə unudulmaz təəssürat yarada bilər.

4. Özünü sevmək və hörmət etmək

Əgər qadınların sizi sevməsini istəyirsinizsə, əvvəlcə özünüzü sevməyə başlamalısınız. Əgər siz özünüzə hörmət etmirsinizsə, başqalarından bunu necə gözləyə bilərsiniz?

2016-cı il araşdırmasında deyilir...

"Yüksək özünə hörmət münasibətlərdə partnyorun xoşbəxtliyinə də müsbət təsir göstərir. Bu özünə hörmət və qarşılıqlı emosional bağlılıq romantik münasibətlərdə əsas rol oynayır".

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 500

Oxşar yazılar