ABŞ prezidenti ictimaiyyət qarşısında həyat yoldaşı Melaniyaya olan incə hisslərini gizlətməyib.
ABŞ prezidenti Donald Tramp və xanımı Melaniya Tramp Ağ evin Şərq otağında hərbçi analar üçün təşkil edilən tədbirə qatılıb və burada cütlük çıxış edib.
Lent.az-ın xarici mətbuata istinadla xəbərinə görə, tədbir zamanı Donald Tramp izdiham qarşısında həyat yoldaşına olan sevgisini əsirgəməyib. Fotoqraflar kürsüdə dayanarkən Trampı bir neçə dəfə arvadını qucaqlayıb yanağından öpərkən çəkiblər.
Daha sonra prezident onun yanına gedib və Melaniya tamaşaçılar arasında oturarkən nəzakətlə onun başından öpüb.