Uzun müddətdir adı Braziliya milli komandası ilə hallanan Karlo Ançelotti bu ölkənin Futbol Federasiyası ilə anlaşıb. İtaliyalı mütəxəssis mayın 26-dan Braziliya millisini çalışdıracaq.
"Real"ın italiyalı baş məşqçisi Karlo Ançelottinin gələcək taleyinə aydınlıq gəlib. Ançelottinin yeni ünvanı Braziliya olacaq.
Lünt.az-ın xarici mediaya istinadla xəbərinə görə; Karlo Ançelotti Braziliya Futbol Federasiyası ilə danışıqlarda razılığa gəlib. Ançelottinin Braziliya millisi ilə müqavilə imzaladığı bildirilir.
Təcrübəli çalışdırıcının sonuncu dəfə mayın 25-də “Real” ilə “Real Sosyedad”la qarşılaşmasında komandasının sükanı arxasına keçəcəyi, daha sonra isə mayın 26-dan Braziliya millisindəki vəzifəsinə başlayacağı bildirilib.
Digər tərəfdən, Braziliya milli komandasının başına keçməsi 65 yaşlı məşqçi üçün xüsusi olacaq. Ançelotti Braziliya millisini idarə edəcək ilk əcnəbi məşqçi olacaq.