ABŞ-ın Kaliforniya ştatından olan bir müəllim 12 yaşlı şagirdi ilə cinsi əlaqədə olduğu və 11 yaşlı uşağa təcavüz etdiyi üçün 30 ildən sonra şərti azad olunmaq hüququ ilə ömürlük azadlıqdan məhrume dilib.
Lent.az xəbər verir ki, bu barədə KNSD məlumat yayıb.
36 yaşlı Jaklin Ma 2023-cü ildə tələbəsinin atası polisə müraciət etdikdən sonra həbs edilib.
Araşdırma zamanı məlum olub ki, qadın bir neçə aydır 12 yaşlı uşaqla cinsi əlaqədə olub.
O, ona seksual xarakterli fotolar da göndərib və bunun müqabilində eynisini tələb edib.
Xüsusilə Ma tələbəyə evdə pornoqrafik videolar çəkməyi və ona göndərməyi əmr edib.
O da məlum olub ki, həmin vaxt qadın 11 yaşlı məktəbliyə cinsi məzmunlu mesaj göndərib. O, sinifdə onu zorlamağa çalışsa da həmin uşaq qorxaraq qaçıb.
Ən maraqlısı isə odur ki, həbsindən beş ay əvvəl Ma San-Dieqo qraflığında ilin müəllimi seçilib.