Pəhrizdə olan insanlar məhdud miqdarda müəyyən növ spirt ala bilərlər.
Lent.az xarici mediaya istinadla bildirir ki, bu barədə dietoloq Daria Qudkova məlumat verib.
Onun sözlərinə görə, bir stəkan yarımşirin şərabda 80-100 kalori, bir stəkan yarımquru şərabda isə 78 kalori var. Ona görə də arıqlayan insanlar quru şərablara üstünlük verməlidirlər.
Qudkova həmin içkiləri ən “pəhrizli” adlandırıb.
Mütəxəssis xatırladıb ki, qırmızı üzüm sortlarından hazırlanan quru şərabların tərkibində resveratrol var. Bu maddə antiinflamatuar və sakitləşdirici təsirə malikdir, qan təzyiqini normallaşdıra və qocalmanın qarşısını ala bilər.
Qudkova vurğulayıb ki, effekt əldə etmək üçün arıqlayanlar şəkər, duz və digər spirt növlərini pəhrizdən çıxarmalıdırlar. Quru şərab yağlar və zülallarla zəngin qidalarla birləşdirilməlidir. Yatmazdan əvvəl yeməklə spirtli içki içmək, bir dietoloqun fikrincə, yuxuya getmə problemlərini artıracaq.