Arıqlamanın ən asan üsulu: MƏDƏ BOTOKSU
16 fevral 2023 16:35 (UTC +04:00)

Arıqlamanın ən asan üsulu: MƏDƏ BOTOKSU

Mədə botoksu piylənmənin müalicəsində uğurla tətbiq olunan endoskopik və qısa müddətli prosedurdur.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, mədə botoksu yalnız buna uyğun xəstələrə tətbiq etmək vacibdir.

Ümumi Cərrahiyyə Mütəxəssisi Prof. Dr. Cengiz Erenoğlu mədə botoksu ilə bağlı maraqlı sualları cavablandırıb.

- Mədə botoksu necə üsuldur?

Mədə botoksu mədənin müəyyən hissələrinə botulinum toksininin endoskopik yeridilməsi əsasında aparılan müalicədir.

- Prosedur nə qədər çəkir?

Əməliyyat müddəti təxminən 20-30 dəqiqədir.

- Mədə botoksu ilə nə qədər çəki itirilir?

Botoks müalicəsi ilə bədən çəkisinin orta hesabla 10-20%-i verilə bilər.

- Mədə botoksu kimlərə tətbiq olunur?

Bədən kütləsi indeksi 27 və yuxarı olan insanlara tətbiq edilir.

- Mədə botoksunun əks təsiri varmı?

Mədə botoksu yan təsirləri az olan endoskopik müalicə üsuludur. Dərin sedasyon altında həyata keçirilən ağrısız bir prosedurdur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2388
avatar

Fidan İlqar

Oxşar yazılar