Düzgün qidalanma arıqlamaq istəyənlər üçün əsas şərtdir.
Lent.az xarici mediaya istinadən məlumatına görə, bəzi qidalar var ki, onlar arıqlamağa kömək edir.
Həmin bu qidalardan biri də lobyadır. Bəziləri lobyanı sevmir. Ancaq bildirilir ki, o təmizlənmiş qidalar arasında ən yaxşı alternativlər arasındadır. Birincisi, onlar ürək-damar sistemi üçün yaxşıdır. Çünki tədqiqatlar göstərdiyi kimi qanda xolesterinin səviyyəsini 10%-dən çox azaldır.
Bundan əlavə, lobya həzm sistemini tənzimləməyə kömək edən, bağırsaq hərəkətliliyini yaxşılaşdıran və qəbizliyin qarşısını alan əla lif mənbəyidir. O həm də faydalı maddələrlə - maqnezium, kalium və mislə zəngindir. Həmçinin onlar daha az kalori ehtiva edir. Bu da çəki azaltmağa və maddələr mübadiləsini yaxşılaşdırmağa kömək edir.