Arıqlama əməliyyatı ÖLÜM RİSKİNİ AZALDIR  - SƏBƏB
26 yanvar 2023 12:43 (UTC +04:00)

Arıqlama əməliyyatı ÖLÜM RİSKİNİ AZALDIR - SƏBƏB

Arıqlama əməliyyatı xərçəng və diabetdən ölüm riskini azaldır.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ-ın tədqiqat qrupu müəyyən edib ki, arıqlamaq (bariatrik) əməliyyatı xərçəng və diabetdən ölüm riskini müvafiq olaraq 43 faiz və 72 faiz azalda bilər.

Araşdırma zamanı 1982-2018-ci illər arasında əldə edilmiş 22.000 obez insanın məlumatları öyrənilib. Həyatları boyu xəstələrin bir hissəsi cərrahi arıqlama proseduruna məruz qalıb. Məlum olub ki, bu, əməliyyat keçirməyən eyni yaşda və bədən quruluşunda olan insanlarla müqayisədə bütün səbəblərdən vaxtından əvvəl ölüm ehtimalının 16 faiz azalmasına səbəb olub.

Bundan əlavə, onların bədxassəli şişlərdən, həmçinin diabetin inkişafı ilə bağlı ağırlaşmalardan ölmək riski azalıb.

Müəlliflər hesab edirlər ki, kəşf xəstələr üçün bariatrik cərrahiyyənin yeni faydalı təsirlərinə işıq salır. Gələcəkdə bu təsirin mexanizmini başa düşmək və onun əsasında terapiyanın yeni istiqamətlərini formalaşdırmaq üçün əlavə tədqiqatların aparılması planlaşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3762
avatar

Fidan İlqar

Oxşar yazılar