Amerikada YENİ VİRUS yaratdılar:  Daha ölümcüldür
18 oktyabr 2022 19:14 (UTC +04:00)

Amerikada YENİ VİRUS yaratdılar: Daha ölümcüldür

Dünyada 7 milyon insanın həyatına son qoyan koronavirus infeksiyasının təsirləri hələ də tam bitməyib. Turizmlə ayaqda qalan ölkələrlə yanaşı, bir çox dövlətlərin iqtisadiyyatı tamamilə çöküb. Tətbiq edilən məhdudiyyətlər təkcə iqtisadi vəziyyəti deyil, insanların psixoloji və fiziki sağlamlığını itirməsinə gətirib çıxarıb. Hələ də bu çətinliklərin davam etməsi ilə birlikdə Amerikadakı laboratoriyaların birindən gələn xəbər dünyanı dəhşətə gətirib. İndi də ABŞ-ın Boston Universitetinin alimləri laboratoriyada ölümcül yeni koronavirus ştammını yaradıblar. 

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə “Daily Mail” qəzeti məlumat yayıb. 

Məlumata görə, virus "Omicron" ştammı və Uhanda ortaya çıxan orijinal “COVID-19” ilə birləşdirilərək istehsal edilib. “Omicron S” adlandırılan yeni virus təcrübədə istifadə edilən siçanların 80 faizini öldürüb. Beləliklə, bu infeksiyanın əvvəlki koronavirus ştammlarından daha təhlükəli və ölümcül olduğu sübut edilib.

 ABD ateşle oynuyor Laboratuvarda yaratıldı, yüzde 80 öldürüyor...

İnsanları təşvişə salan bu xəbərə İsrail hökumətinin qabaqcıl elm adamlarından olan professor Şmuel Şapira münasibət bildirib: 

“Bu tədqiqqat prosesi tamamilə qadağan olunmalıdır. Rəsmən odla oynayırlar”. 

Bir vaxtlar Çin laborratoriyalarında yarasalar üzərində oxşar tədqiqatlar aparılırdı. Amma sonra bu təcrübə proqramları ciddi  məhdudlaşdırılıb. Buna baxmayaraq, koronavirus infeksiyası bütün dünyaya yayılıb. 

Tədqiqatçılar orijinal "Omicron" variantı ilə müqayisədə siçanların yeni virusa qarşı necə performans göstərdiyini araşdırıblar. Onlar "Omicron" ştammına məruz qaldıqda yüngül simptomlarla sağ qalmağı bacarıblar. Ancaq yeni “Omicron S” virusu onların həyatına son qoyub. 

ABD ateşle oynuyor Laboratuvarda yaratıldı, yüzde 80 öldürüyor...

Bu səbəbdən Amerikanın və bir neçə inkişaf etmiş ölkələrin tanınmış professorları hökuməti bu tədqiqatı dayandırmağa çağırıb. 

Amerikalı bioloq Riçard H. Brayt “Daily Mail” qəzetinə açıqlamasında bunları deyib: 

“Növbəti pandemiyadan qaçmaq istəyiriksə aparılan belə tədqiqatlara nəzarət gücləndirilməlidir. ABŞ hökuməti dövlət qurumlarındakı mövcud qaydaları pozaraq insanları riskə atan məmurları məsuliyyətə cəlb etməlidir”. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4479
avatar

Sevinc Fərid

Oxşar yazılar