Alma və armud faydalı xüsusiyyətləri ilə fərqlənir. Görəsən, sağlamlıq üçün hansı daha faydalıdır?
Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, dietoloqlar bu meyvələrin hər ikisini mütəmadi olaraq istehlak etməyi məsləhət görürlər.
Hər iki meyvə aşağı glisemik indeksə və aşağı kalorili tərkibə malikdir və pəhriz qidası üçün uygundur.
Almada vitaminlər, armudda isə ürək sağlamlığı üçün vacib olan minerallar, xüsusilə kalium və maqnezium daha çoxdur.
Vitamin çatışmazlığından əziyyət çəkən insanlar almaya üstünlük verməlidir. Armudun üstünlüyü, yüksək mineral tərkibinə əlavə olaraq, daha çox lif və protein ehtiva etməsidir.