Alma qabığının   bilmədiyimiz FAYDALARI
10 may 2023 20:00 (UTC +04:00)

Alma qabığının bilmədiyimiz FAYDALARI

Yay aylarının yaxınlaşması ilə hər kəs arıqlamaq üçün bir çox üsullara əl atır. Sevərək istehlak edilən almanın daha bir xüsusiyyəti ortaya çıxıb. 

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, alma qabığından çay hazırlamaqla arıqlamağı asanlaşdıra bilərsiniz. Almanın qabıqları C vitamini, kalsiy, kaliy, fosfor, dəmir və antioksidantlarla zəngindir. Almanın qabığını soyarkən siz kversetin adlı antioksidantdan məhrum olursuz.

Alimlər sübut edib ki, alma qabığı ekstraktı yoğun bağırsaq şiş hüceyrələrinin yayılmasını 53 faiz azaldır. Bir çox onkoloji xəstəliklərə də qarşı təsirlidir. Alma qabığı immuniteti gücləndirir və C vitamini yoluxucu xəstəliklərə qarşı dözümlü edir. Damarları təmizləyir, qan dövranını və həzmi yaxşılaşdırır.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 627
avatar

Oxşar yazılar