Alimlər xərçəng hüceyrələrini  enerjidən məhrum edərək parçaladılar
04 sentyabr 2025 04:31 (UTC +04:00)

Alimlər xərçəng hüceyrələrini enerjidən məhrum edərək parçaladılar

0

Cənubi Karolina Tibb Universitetinin alimləri xərçəng hüceyrələrinin “enerji stansiyaları” olan mitoxondriləri dağıdaraq onları məhv edən LCL768 adlı birləşmə hazırlayıblar.

Lent.az xəbər verir ki, tədqiqatın nəticələri “Cancer Research” jurnalında dərc olunub.

Yeni preparat baş və boyun nahiyəsinin yastıhüceyrəli karsinomasının müalicəsinə yönəlib. Bu, terapiyaya davamlı və müalicədən sonra tez-tez təkrarlanan aqressiv xərçəng növüdür. Standart müalicə üsulları əksər pasiyentlərə kömək etmir və sağlam hüceyrələri də zədələdiyi üçün ciddi yan təsirlər yaradır.

LCL768 əslində hüceyrələrdə təbii şəkildə mövcud olan və onların həyat dövrünü tənzimləyən yağ molekulu olan seramidin sintetik formasıdır. Baş və boyun xərçəngi olan pasiyentlərdə seramid səviyyəsi adətən aşağı düşür ki, bu da şişlərin sürətlə böyüməsinə səbəb olur.

Preparat xərçəng hüceyrələrinin mitoxondrilərində seramidin bir növü olan C18-in səviyyəsini artırır. Bu, mitofagiya prosesini işə salır. Yəni, zədələnmiş mitoxondrilər parçalanır və hüceyrələr enerji mənbəyini itirir. Bundan əlavə, LCL768 enerji mübadiləsi üçün vacib olan fumarat molekulunu bloklayır ki, bu da şişi zəiflədir. Belə “ikiqat zərbə” nəticəsində xərçəng hüceyrələri məhv olur.

Siçanlar üzərində aparılan təcrübələrdə və pasiyentlərin toxumalarından yetişdirilmiş şiş nümunələrində LCL768 yüksək effektivlik göstərib. Hazırda alimlər preparatı klinik sınaqlara hazırlayırlar və onun çətin müalicə olunan xərçəng formaları üçün yeni müalicə variantına çevriləcəyinə ümid edirlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 344

Oxşar yazılar