20 dəqiqəyə  xərçəngə tutulma   riskini necə azaltmaq olar? - CAVAB
17 iyul 2023 12:54 (UTC +04:00)

20 dəqiqəyə xərçəngə tutulma riskini necə azaltmaq olar? - CAVAB

Amerika Xərçəng Cəmiyyətinin alimləri sadə gündəlik vərdişlə xərçəng də daxil olmaqla xəstəlik riskinin azalması arasında əlaqə tapıblar.
 
Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, Amerika Xərçəng Cəmiyyətinin alimləri və tibb mütəxəssisləri, xəstələrin tibbi qeydlərindən əldə edilən məlumatların geniş miqyaslı araşdırmasında, xərçəngin azalması ilə gündə iyirmi dəqiqə gəzinti arasında korrelyasiya tapıblar.
 
Mütəxəssislər belə qənaətə gəliblər ki, belə sadə vərdiş təhlükəli xəstəliklərin, o cümlədən xərçəngin inkişaf riskini əhəmiyyətli dərəcədə azalda bilər.
 
 
Alimlərin araşdırmasına on il ərzində izlənilən 755 549 nəfərin məlumatları daxil edilib. Məlum olub ki, gündəlik gəzinti hər iki cins üçün qaraciyər xərçəngi riskini 18 faiz azalda bilər. Qadınlarda həftədə 2,5 saat orta fiziki fəaliyyətlə döş xərçəngi riski 6 faiz, 5 saat ərzində isə 10 faiz azalır.

Böyrək xərçəngi ehtimalı gündəlik gəzinti ilə 11, beş saatlıq fəaliyyətlə isə 18 faizdən çox azalır.

Həmçinin, orta fiziki fəaliyyət kişilərdə bağırsaq xərçəngi riskini 14, qadınlarda isə uşaqlıq yolu xərçəngi riskini 18 faiz azaldır.

Xərçəng riskini daha da azaltmaq üçün mütəxəssislər sağlam həyat tərzi keçirməyi və pis vərdişlərdən imtina etməyi tövsiyə edirlər. Çoxlu meyvə, tərəvəz və qaba lifli qidalar yemək, şirniyyat və pastaların, həmçinin yağlı və işlənmiş qidaların istehlakını azaltmaq tövsiyə olunur. Çəkinizi izləmək və təzyiqə nəzarət etmək, stress səviyyələrini azaltmaq və tam istirahət etmək vacibdir.
 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1530
avatar

Oxşar yazılar