Trabzonda yaşayan astma və ürək xəstəsi 106 yaşlı Nuriye Özkan evində aldığı müalicə ilə yoluxduğu koronavirusa qalib gəlməyi bacarıb.
Lent.az-ın Türkiyə mediasına istinadla verdiyi xəbərə görə, sağalmasına 2 doz COVID-19 peyvəndinin səbəb olduğunu söyləyən Özkan, “Hər kəs öz tədbirlərini görməli və peyvəndlərini almalıdır. "Bəlkə də peyvənd olunmasaydım, başqa cür olardı", - deyib.
Akçaabat mahalının Derecik məhəlləsində yaşayan 8 uşağı və 64 nəvəsi olan Nuriye Özkanın yüksək hərarət əlamətləri ilə getdiyi xəstəxanada edilən koronavirus testi müsbət çıxıb.
Evdə karantinə alınıb müalicəsinə başlanan Nuriye Özkan qısa müddətdə sağlamlığına qovuşub.