ŞİRİN YUXU İSTƏYİRSİNİZSƏ,  yatmazdan 3 saat əvvəl bunları etməyin! 
04 may 2021 23:28 (UTC +04:00)

ŞİRİN YUXU İSTƏYİRSİNİZSƏ, yatmazdan 3 saat əvvəl bunları etməyin! 

Rahat yuxuya mane olanlar içərisində qəhvə, çay və siqaret ilk pillələrdə yer tutur. 

Lent.az xarici mediaya istinadən xəbər verir ki, bunlar insanda yuxu pozğunluğunu artırır. 

Mütəxəssislərin qənaətinə görə, yatmazdan əvvəl ən azı 3 saat ərzində qəhvə, çay və siqaretdən istifadə edilməməlidir.

Bundan başqa, hamı spirtli içkinin yuxuya rahat getmək üçün vasitə olduğunu düşünsə də, əslində spirtli içki qəbulundan sonra insan gecə rahat yata bilmir və tez-tez oyanmalar, narahatlıqlar baş verir.

Həmçinin, COVID-19 infeksiyası səbəbi ilə baş verən gərginlik də yuxuya mənfi təsirini göstərir.

# 3045
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar