Koronavirus üçün hansı dərmanlar təhlükəlidir?
13 yanvar 2021 18:31 (UTC +04:00)

Koronavirus üçün hansı dərmanlar təhlükəlidir?

Koronavirus infeksiyasına yoluxmusunuzsa, qəbulu əlavə ağırlaşmaya səbəb ola biləcəyi üçün bəzi dərmanlardan imtina etmək lazımdır.

Lent.az-ın xarici KİV-ə istinadla verdiyi xəbərə görə, bunu Tsintsinatti uşaq xəstəxanasının həkimi Coşua Şafftsin iddia edir.

COVID-19-ə yalixma zamanı loperamid ilə antidiareal dərman qəbul etməyi dayandırmaq məsləhət görülür. Həqiqət budur ki, bu cür dərmanlar səbəbi ilə bağırsaqların işi ləngiyir və bu da orqanizmi bakteriya və iltihabdan təmizləməyə mane olur.

Həkim inhalatorlardan imtinanı da tövsiyə edir. Onun sözlərinə görə, astma olmadığı təqdirdə istifadə edilməməlidir, çünki ürəyə zərər verə bilər.

Bundan əlavə, fenilafrin olan hər hansı bir dərman ürək xəstəliyi üçün təhlükəli ola bilər. Bu aktiv maddə bir çox burun spreyi içərisindədir. Mütəxəssisin fikrincə, bu, xüsusilə yüksək qan təzyiqi olan insanlar üçün təhlükəlidir.

 

 

# 5142
avatar

Oxşar yazılar