Koronavirusa qarşı peyvəndləmə
20 fevral 2021 19:56 (UTC +04:00)

Koronavirusa qarşı peyvəndləmə

Dünyada peyvənd vurulanların sayı AÇIQLANDI

Dünyada koronavirusa qarşı peyvəndlənənlərin sayı 200 milyonu keçib.

Lent.az xəbər verir ki, bu, müxtəlif ölkə hakimiyyətlərinin, ekspertlərinin və kütləvi informasiya vasitələrinin məlumatlarına əsasən hesablanıb.

Həmin hesablamaya görə, 200 269 332 nəfər COVID-19-a qarşı peyvənlənib ki, bu da dünya əhalisinin 2,6 faizidir. 
ABŞ, Çin, Böyük Britaniya və Hindistanda peyvəndləmə 65 faizə qədərdir. ABŞ-da 60 milyon insan (əhalinin 18,5 faizi), Çində 40,5 milyon nəfər (əhalinin 3 faizi), Böyük Britaniyada 17,5 milyon insan (əhalinin 26,4 faizi) və Hindistanda 10,7 milyon nəfər (əhalinin 1 faizindən azı) peyvənd olunub. 

Dünyada koronavirus infeksiyasına yoluxanlara gəldikdə, 110,8 milyon nəfərdən çoxdur. 

COVID-19 pnevmoniyasının ağırlaşmalarından 2.4 milyondan çox insan ölüb.

# 2796
avatar

Oxşar yazılar