Şokoladın gözlənilməz faydaları  AÇIQLANDI 
05 dekabr 2021 19:25 (UTC +04:00)

Şokoladın gözlənilməz faydaları AÇIQLANDI 

Yaponiyalı terapevt Yuma Mori şokoladın gözlənilməz faydalarını kəşf edib.

Lent.az-ın xarici mediaya istinadla verdiyi xəbərə görə, onun fikrincə, bu məhsulu müntəzəm istifadə edənlərin infarkt riski azalır.

Tünd şokoladda çox faydalı maddələr, xüsusilə flavonoidlər olur. Onlar, həkimin sözlərinə görə, qan damarlarının içərisində azot oksid sintezini aktivləşdirirlər. Öz növbəsində, azot oksidi qan damarlarını genişləndirir və təzyiq azalır.

Mori deyib ki, çoxları kariyesə səbəb olduğuna inanaraq şokoladdan imtina edirlər. Bununla yanaşı, mütəxəssis südlü şokoladdan böyük miqdarda istifadənin həqiqətən zərərli olduğunu vurğulayıb.

Terapevt qida rasionuna qoz, badam və püstə daxil etməyi tövsiyə edib. Bu məhsullar "pis" xolesterinin səviyyəsini azaltmaq üçün xüsusilə təsirli olur. Mori əlavə edib ki, bu qəlyanaltılardan istifadə günorta yeməyində yaxşıdır.

Daha əvvəl, avstraliyalı diyetoloq Sara Di Lorenzo, spirtli içkilərdən imtina etmədən arıqlamaq üçün bir neçə vasitə açıqlayıb.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3015
avatar

Oxşar yazılar