Çuğundur bir çox ailə tərəfindən sevilən maraqlı və spesifik bir tərəvəzdir. O, yeməklər və salatlar üçün istifadə olunur.
Lent.az-ın xarici mediaya istinadla verdiyi xəbərə görə, məlum olub ki, çuğundurun təhlükəli ola biləcəyini hər kəs bilmir.
Çuğundurdan kim imtina etməlidir?
Çuğundur, əlbəttə ki, bir çox faydalı xüsusiyyətə malikdir, lakin bəzi xəstəliklər zamanı onu istifadə etməkdən imtina etmək daha yaxşıdır.
Həkimlər qastrit, şəkərli diabet, sidik daşı olan xəstələrin çuğundur olan yeməklərdən çox ehtiyatla istifadə etməli olduğunu məsləhət görürlər.
Çuğundur nəyə faydalıdır?
Çuğundur əzələlərin vəziyyətini yaxşılaşdırır, tonlarını qoruyur, təzyiqi normallaşdırır. Ancaq bu tərəvəzdən yüksək turşuluqlu qastritdən əziyyət çəkən insanların çəkinməsi vacibdir.
Həkimlər hesab edirlər ki, bu məhsul mədə şirəsində hidroklor turşusunun konsentrasiyasını artırır, Buna görə əgər onu qastrit xəstəsi yeyəcəksə, onda o özünü pis hiss edə bilər.
Mədədə ağrı mümkündür, nəticədə uzun müalicəyə və cərrahi müdaxiləyə gətirib çıxaracaq.
Kimlər çuğunduru qətiyyən yeməməlidir?
Həmçinin çuğundur çox şəkər ehtiva edir. Buna görə şəkərli diabet xəstələri bu məhsuldan sui-istifadə etməməlidirlər.
Bu tərəvəzin də bağırsaqları işlətmə təsiri var, buna görə də bağırsaq xəstəliklərinə və ishala meylli insanların sağlamlığına yaxşı təsir göstərə bilməz.
Sidik daşı xəstəliyindən əziyyət çəkənlərin bu məhsuldan hazırlanan yeməklər istifadəsi bədəndən duzların çıxarılmasını yavaşladaraq zərər verəcək.
Nəticədə, oynaqlarınızda şişlik və iltihab əmələ gələ bilər.
Çuğundur böyrək problemi olanlara da əks təsir göstərə bilər.