İsrailə məxsus obyektləri çəkən azərbaycanlı və sevgilisi  deportasiya olundu
14 mart 2026 12:55 (UTC +04:00)

İsrailə məxsus obyektləri çəkən azərbaycanlı və sevgilisi deportasiya olundu

0

Kiprdə saxlanılan 28 yaşlı azərbaycanlı və onun 27 yaşlı estoniyalı sevgilisi Estoniyaya deportasiya olunublar.

Lent.az xəbər verir ki, bu barədə yerli KİV-lər məlumat yayıb. Cütlük İsrailə məxsus obyektləri müşahidə etmək və onların şəkillərini çəkmək şübhəsi ilə saxlanıldıqdan sonra iki həftə həbsdə qalıb.

Məlumata görə, onlar fevralın 27-də saxlanılıblar. İddialara görə, həmin şəxslər Larnaka, Limassol və Pafos şəhərlərində İsrailə məxsus daşınmaz əmlakı izləyir və şəkillərini çəkirmişlər. Daha sonra dairə məhkəməsi onların həbsi barədə qərar çıxarıb və saxlanma müddəti uzadılıb.

Martın 12-də xarici və miqrasiya məsələləri üzrə xidmət əməkdaşları həmin şəxsləri Larnaka hava limanına aparıblar və onlar oradan Estoniyaya uçan təyyarəyə mindiriliblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 378

Oxşar yazılar