Naxçıvanda ağır qəza - Ailənin 4 üzvü yaralandı
14 mart 2026 23:04 (UTC +04:00)

Naxçıvanda ağır qəza - Ailənin 4 üzvü yaralandı

0

Naxçıvanda baş verən qəzada bir ailənin 4 üzvü xəsarət alıb

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə Naxçıvan-Ordubad magistral yolunun 30-cu kilometrliyində baş verib.

72-BF-530 dövlət nömrə nişanlı "Renault Megan" markalı avtomobil idarəetməni itirərək yoldan çıxıb və kanala düşüb.

Qəza zamanı sürücü Ramin Əliyev, həmçinin avtomobildə olan sərnişinlər Nəcibə Əliyeva, Sevinc Əliyeva və Aysel Əliyeva xəsarət alıblar.

Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib, faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 248

Oxşar yazılar