Neftçala rayonunda 38 yaşlı qadın dəm qazından zəhərlənərək həyatını itirib.
Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə Neftçala rayonunun Qoltuq kəndində qeydə alınıb.
Belə ki, 1988-ci il təvəllüdlü Abbasova Lətafət İnqilab qızı yaşadığı mənzildə dəm qazından zəhərlənərək ölüb.
Faktla bağlı Neftçala rayon prokurorluğunda araşdırma aparılır.