Paytaxtın Nərimanov və Nəsimi rayonlarında yerləşən ticarət mərkəzlərindən oğurluqlar edilməsi barədə polisə müraciət daxil olub.
DİN mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, polis əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində əməlləri törətməkdə şübhəli bilinən 41 yaşlı V.Kotlyar müəyyən edilərək saxlanılıb.
Araşdırmalarla onun eyni gündə əvvəlcə 1200 manat dəyərində qızıl-zinət əşyaları, içərisində mobil telefon və bank kartları olan çanta oğurladığı aşkar edilib.
Araşdırmalar davam etdirilir.