Bakıda qadın binadan yıxılaraq ölüb.
Lent.az-ın məlumatına görə, hadisə Nizami rayonu, T.Abbasov küçəsində baş verib.
49 yaşlı Gülər Çingiz qızı Mustafayeva yaşadığı beşmərtəbəli binanın 4-cü mərtəbəsindən yıxılıb. Xəstəxanaya yerləşdirilən yaralı orada ölüb.
Məlumata görə, mərhum ruhi xəstəlikdən əziyyət çəkib.
Araşdırma aparılır.