Omicron ştamının ƏSAS ƏLAMƏTİ
03 dekabr 2021 08:32 (UTC +04:00)

Omicron ştamının ƏSAS ƏLAMƏTİ

“Ağır yorğunluq Omicron ştamının əsas əlamətlərindən biridir”. 

Lent.az xəbər verir ki, bunu Lomonosov adına Moskva Dövlət Universitetinin endokrinoloqu Zuxra Pavlova “Sputnik” radiosuna açıqlamasında bildirib. 

Bununla belə, həkim bu simptomun müxtəlif xəstəliklər üçün xarakterik olduğunu deyib: “Tibbi təhsili olmayan insan üçün yorğunluğun həddindən artıq işləmə və ya xəstəliklə əlaqəli olduğunu anlamaq çətindir. Yalnız həkim müayinəsindən sonra bunun fiziki yorğunluq, yaxud hansısa bir xəstəliyin əlaməti olduğunu demək mümkündür”.

Mütəxəssis əlavə edib ki, koronavirus infeksiyası orqanizmdə bir çox orqanların işində ciddi pozuntulara səbəb olur: “Yoluxmuş şəxslərdə yaranan yorğunluq hissi immun sistemində, beynin fəaliyyətində və ya sinir sisteminin toxumasında ciddi dəyişikliklərlə müşayiət olunur. Qanın xassələri kəskin şəkildə dəyişir, bu da bir çox orqanlara qan tədarükünü pozur, ona görə də özümüzü fiziki cəhətdən zəif hiss edirik. Bütün bunlar birlikdə zəifləmiş əzələ tonunda, sıxılmış emosional fonda özünü göstərir”.

Endokrinoloq hər kəsi şiddətli yorğunluq hiss etdikdə mütləq COVID-19 testindən keçməyə çağırıb.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6672
avatar

Oxşar yazılar