Dünyanın ən sağlam 10 QİDASI
17 iyul 2021 08:22 (UTC +04:00)

Dünyanın ən sağlam 10 QİDASI

Dünyaca məşhur "Forbes" jurnalı hamının mütləq yeməsi vacib olan 10 qidanın adını açıqlayıb:

1. Nar - Güclü antioksidantdır, qan təzyiqini normallaşdırır, damarları qoruyur və xərçəng hüceyrələrinin əmələ gəlməsini ləngidir.

2. Alma - Ağciyər xərçəngi, astma və şəkər xəstəliklərində orqanizmə faydası böyükdür. Tərkibində olan K vitamini sayəsində orqanizmi möhkəmləndirir. Yeməkdən 30 dəqiqə əvvəl yeyildiyi zaman iştahı azaldır.

3. Fındıq, fısdıq, qoz, badam - Mütəxəssislər sağlam yaşamaq istəyən insanların həftədə ən az 5 dəfə 25 qram qoz-fındıq yemələrini məsləhət bilir. Bu onlarda ürək-damar xəstəlikləri riskinin azalmasına səbəb olur.

4. Yemişan - Yemişan orqanizmi xərçəng xəstəliyindən qorumaq qabiliyyətinə malikdir. O arterial təzyiqi aşağı salır, yaddaşı möhkəmləndirir.

5. Yumurta - Yumurta dünyanın ən təbii və zərərsiz qidasıdır. Yumurtanın tərkibi proteinlə zəngin olsa da, kalori dəyəri aşağıdır. O beyin hüceyrələrinin qoruyur və gözə çox faydalıdır.

6. Mal əti - Mal əti omeqa3 yağı ilə çox zəngindir. Protein və B12 ilə zəngindir. Orqanizmin müqavimətini artırır.

7. Süd - Vitamin, mineral və orqanizm üçün lazım olan bakteriyalarla zəngindir. Tərkibində olan kalsium sümük sisteminin möhkəmlənməsində böyük rol oynayır.

8. Brokkli kələmi - Orqanizmi toksinlərdən qoruyur, mineral və vitaminlərlə zəngindir. Orqanizmi xərçəng hüceyrələrinə qarşı qoruyur.

9. Lobya-paxla - Şəkər və ürək-damar xəstələri üçün çox faydalıdır. Gün ərzində 25-30 qram yemək tövsiyə edilir.

10. Qızıl balıq - Qızıl balıq ən yaxşı anti-aging qida sayılır. Tərkibi omeqa3 yağı ilə zəngindir. İnsanın qanında şəkərin normallaşmasına səbəb olur. Qızıl balıq insanın əsəb sistemini sakitləşdirir və beynini qidalandırır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2430
avatar

Oxşar yazılar