Bu ərzaqlar uzunömürlülüyə SƏBƏB OLUR
09 mart 2024 23:57 (UTC +04:00)

Bu ərzaqlar uzunömürlülüyə SƏBƏB OLUR

0

Aşağı kalorili pəhriz orqanizmdə iltihabı azaldır, uzunömürlülüyə səbəb olur və bir çox xəstəliklərin qarşısını alır.

Lent.az xəbər verir ki, bunu britaniyalı dietoloq və sağlam qidalanma haqqında kitabların müəllifi Maykl Mosli “Daily Mail” nəşrinə deyib. 

Dietoloqun fikrincə, uzunömürlülüyü əldə etməyin ən etibarlı yolu sağlam həyat tərzidir. Mosli bildirib ki, insan müntəzəm olaraq məşq etməli və qırmızı balıq, pomidor, bənövşəyi (qırmızı) kələm və kartof kimi rəngli qidalar yeməlidir.

Qidalanma sahəsində ekspert onu da qeyd edib ki, kalori qəbulunu məhdudlaşdırmaq ömrü uzatmağa kömək edir. Az kalori çatışmazlığı yaşlanma prosesində bədəndə baş verən molekulyar dəyişikliklərin qarşısını alır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 4989

Oxşar yazılar