Abşeronda AĞIR QƏZA: futbolçular  öldü - VİDEO
30 iyul 2026 10:15 (UTC +04:00)

Abşeronda AĞIR QƏZA: futbolçular öldü - VİDEO

0

Abşeronda ölümlə nəticələnən yol qəzası olub.

Lent.az xəbər verir ki, hadisə Lökbatan-Qobu yolunda qeydə alınıb.

Hüseynov Rauf Ədalət oğlunun idarə etdiyi “Toyota” markalı minik avtomobili ilə Ağaverdiyev Mais Ağahüseyn oğlunun idarə etdiyi “Qazel” markalı yük avtomobili toqquşub. Nəticədə R.Hüseynov və sərnişini Sultanov Bəhruz İlham oğlu ölüb. Yük avtomobilinin sürücüsü M.Ağaverdiyev isə xəsarət alıb.

Faktla bağlı cinayət işi başlanıb.

Qeyd edək ki, hər iki mərhumun "Qobu" futbol klubunun oyunçuları olduğu, həmçinin Rauf Hüseynovun futbol məşqləri keçirdiyi bildirilir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 796

Oxşar yazılar