Azərbaycanda üç azyaşlı qardaş qarpızdan zəhərləndi
05 iyul 2021 11:01 (UTC +04:00)

Azərbaycanda üç azyaşlı qardaş qarpızdan zəhərləndi

Şəkidə üç qardaş qarpızdan zəhərlənib.

Lent.az-ın APA-ya istinadla məlumatına görə, iyulun 4-dən 5-ə keçən gecə Şəki rayonu Şirinbulaq kənd sakinləri olan üç qardaş - 12 yaşlı Nəriman Ruslan oğlu Əhmədov, 8 yaşlı Mütəllib Ruslan oğlu Əhmədov və 7 yaşlı Süleyman Ruslan oğlu Əhmədov zəhərlənmə əlamətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına daxil olublar.

Aparılan müayinə zamanı qardaşların yaşadıqları ünvanda qarpız yedikdən sonra vəziyyətlərinin pisləşdiyi məlum olub. Onlara xəstəxanada lazımi yardım göstərildikdən sonra vəziyyətləri stabilləşib, səhər saatlarında evə buraxılıblar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1779
avatar

Oxşar yazılar