Futbol tarixində ən çox oyun keçirən  kimdir? - REKORD
20 avqust 2025 16:58 (UTC +04:00)

Futbol tarixində ən çox oyun keçirən kimdir? - REKORD

“Fluminense” klubunun qapıçısı Fabio futbol tarixində ən çox oyun keçirən oyunçu olub.

Lent.az xəbər verir ki, avqustun 20-də 44 yaşlı braziliyalı qolkiper “Amerika de Kali”yə (2:0) qarşı Cənubi Amerika kuboku oyununda peşəkar karyerasındakı rekord 1391-ci oyununu keçirib. Bununla da o, İngiltərə millisinin sabiq qapıçısı Piter Şiltonun karyera ərzində rəsmi oyun sayı rekordunu (1390) arxada qoyub.

Fabionun aktivində ümumilikdə bu qədər oyun var: 976 oyun “Kruzeiro”, 235 oyun “Fluminense”, 150 oyun “Vasko da Qama” və 30 oyun “Unian Bandeyrante” üçün.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 243

Oxşar yazılar