Çempionlar Liqası: “Fənər”dən qolsuz heç-heçə
21 avqust 2025 01:03 (UTC +04:00)

Çempionlar Liqası: “Fənər”dən qolsuz heç-heçə

Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinin növbəti oyunları keçirilib.

Lent.az xəbər verir ki, ilk matçlara 4 qarşılaşma ilə yekun vurulub.

"Fənərbaxça" "Benfika"nı qəbul edib. İstanbulda keçirilən görüş saat 23:00-da start götürüb.

Oyunda qalib müəyyənləşməyib. Matç 0:0 hesablı heç-heçə ilə başa çatıb.

Günün digər matçında isə "Bodo Qlimt" öz meydanında "Şturm"u 5 cavabsız qolla məğlub etməyi bacarıb - 5:0.

UEFA Çempionlar Liqası
Pley-off mərhələsi, ilk oyunlar
20 avqust

23:00. "Fənərbaxça" (Türkiyə) - "Benfika" (Portuqaliya) 0:0
23:00. "Bazel" (İsveçrə) - "Kopenhagen" (Danimarka) 1:1
23:00. "Seltik" (Şotlandiya) - "Kayrat" (Qazaxıstan) 0:0
23:00. "Bodo Qlimt" (Norveç) - "Şturm" (Avstriya) 5:0

Qeyd edək ki, pley-off mərhələsinin cavab oyunları avqustun 26-27-də keçiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 258

Oxşar yazılar