Məşhur bloger ərinin və azyaşlı oğlunun gözü önündə GÜLLƏLƏNDİ
20 avqust 2025 18:45 (UTC +04:00)

Məşhur bloger ərinin və azyaşlı oğlunun gözü önündə GÜLLƏLƏNDİ

ABŞ-ın Arizona ştatının Qlendeyl şəhərində 27 yaşlı bloger Yareli Eşli Ermosilyo qətlə yetirilib. O, təsadüfən iki sürücü arasında baş verən münaqişənin mərkəzində qalıb.

Lent.az xarici mediaya istinadla bildirir ki, hadisə onun əri və 4 yaşlı oğlunun gözü qarşısında baş verib.

Məşhur bloger, Instagram-da 144 mindən çox izləyicisi olan Yareli Eşli Ermosilyo başından güllə yarası alaraq həlak olub. Onun avtomobili silahlı şəxsə məxsus maşının yanında dayandığı vaxt güllə atəşinə tuş gəlib.

Polisin versiyasına görə, işıqfor qarşısında iki sürücü arasında mübahisə atışmaya çevrilib. 33 yaşlı pikap sürücüsü Xesus Presiado Dousten digər sürücü ilə mübahisədən sonra silah çıxarıb və təsadüfi atəş açıb. Güllə blogerin avtomobilinin sərnişin tərəfdən şüşəsini deşib keçib.

Xesus Presiado Dousten

Qadın təcili olaraq xəstəxanaya çatdırılıb, lakin həkimlər onun həyatını xilas edə bilməyiblər.

İstintaqçılar müəyyən ediblər ki, pikap Doustena məxsus olub. Onun mənzilində aparılan axtarış zamanı iki tapança aşkarlanıb, bundan sonra kişi saxlanılıb. Ona, o cümlədən, ikinci dərəcəli qətl ittihamı irəli sürülüb.

Ermosilyo sosial şəbəkələrdə aktiv şəkildə paylaşdığı mətbəx və həyat tərzi videoları ilə tanınıb. Onun Facebook, Instagram və TikTok-da ümumilikdə 300 mindən çox izləyicisi var idi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 683

Oxşar yazılar