Rumıniya və Moldovaya yeni səfirlər təyin olundu
09 dekabr 2023 12:11 (UTC +04:00)

Rumıniya və Moldovaya yeni səfirlər təyin olundu

Hüseyn Nizami oğlu Nəcəfov Azərbaycan Respublikasının Rumıniyada fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

Lent.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.

Digər sərəncamla Qüdsi Dursun oğlu Osmanov Azərbaycan Respublikasının Rumıniyada fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Həmçinin Belarus Respublikasındakı səfir vəzifəsindən geri çağırılan Ülvi Vaqif oğlu Baxşəliyev Azərbaycan Respublikasının Moldova Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Qeyd edək ki, Q. Osmanov bundan əvvəl Moldova Respublikasında səfir vəzifəsində olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5811
avatar

Oxşar yazılar